Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Yerlimiz dünya çempionatında gümüş medal qazandı

30 noyabr 2015 | 16:00

25-29 noyabr tarixlərində Türkiyənin Antalya şəhərində «WOF-Qarışıq Döyüş Növləri” adı altında dünya çempionatı keçirilib. Beynəlxalq yarışdaAzərbaycan idmançıları da qüvvəsini sınayıb.
36 ölkədən 900-ə yaxın idmançının çıxış etdiyi yarışda Azərbaycan komandasının  tərkibində  rayonumuzun gənc idmançısı Kərimli Vaqif  Nazim oğlu 73 kq çəki dərəcəsində Kikboksinqin “wushu sanda” versiyasında gücünü sınayaraq ölkəmizə gümüş medal qazandırıb.
Gənc idmançı uğuruna görə ailəsinə, məşqçisi Asif Sayadova və rayonumuzun millət vəkili Azər Kərimliyə təşəkkürünü bildirib.

Keçidlər