Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

İLİSU KƏNDİNƏ MAVİ YANACAQ VERİLDİ

02 dekabr 2015 | 16:00

Noyabrın 30-da rayonumuzun səfalı dağ kəndlərindən biri olan İlisu kəndinə ilk dəfə mavi yanacağın verilməsi münasibətilə tədbir keçirildi.
Kəndin mərkəzi meydanında keçirilən tədbirdə çıxış edən kənd sakinləri qışqabağı kəndə mavi yanacağın verilməsini tarixi hadisə kimi qiymətləndirərək göstərilən diqqət və qayğıya görə ölkə başçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlığını bildirdilər.
RİH başçısı Musa Şəkililyev sakinləri təbrik edərək ölkəmizdə, o cümlədən bölgəmizdə sakinləri narahat edən sosial problemlərin həlli istiqamətində atılan addımlardan, möhtərəm Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətdən söz açdı.
Sonda Musa Şəkiliyev və kəndin ağsaqqalı Sələddin Abdullayev alqış sədaları altında kəndə mavi yanacağın verilməsini bildirən məşəli alovlandırdılar.

Keçidlər