Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Əlillərə qayğı mənəvi borcumuzdur

04 dekabr 2015 | 16:00

Beynəlxalq Əlillər Günü münasibətilə dekabrın 3-də rayon rəhbərliyi və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin əməkdaşları qayğıya  ehtiyacı olan əlillərə baş çəkib, onların yaşayış şəraiti ilə maraqlanıb, gətirdikləri hədiyyələri təqdim ediblər. Tədbir çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və rayon icra hakimiyyəti tərəfindən ümumilikdə 150-dən çox əlilə maddi yardım göstərilib.
Beynəlxalq Əlillər Günü ilə əlaqədar Qax Günərzi Qayğı Mərkəzində də tədbir keçirilib. Dəvət olunan qonaqlar əvvəlcə uşaqların hazırladıqları rəngarəng konsert proqramını izləyiblər. Tədbirin sonunda Mərkəzdə tərbiyə alan 30 uşağa rayon icra hakimiyyəti tərəfindən qiymətli hədiyyələr verilib.

Keçidlər