Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Dövlət Miqrasiya Xidməti Qaxda “Açıq qapı günü”- vətəndaş forumu keçirib

05 dekabr 2015 | 16:00

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq Dövlət Miqrasiya Xidməti dekabrın 4-də Şəki regional miqrasiya idarəsinin əhatə etdiyi rayonumuzda  vətəndaşlar və mətbuat nümayəndələri üçün “Açıq qapı günü” - vətəndaş forumu keçirib. Forum iştirakçıları qeyri-leqal yaşayış hallarının aradan qaldırılması və bu halları yaradan səbəblərə qarşı mübarizə sahəsində dövlətimiz tərəfindən həyata keçirilən tədbirləri ölkəmizin məqsədyönlü və humanitar yönümlü siyasətinin nəticəsi kimi qiymətləndiriblər.
Tədbirdə nəzərə çatdırılıb ki, dövlətin qayğısının nəticəsidir ki, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlərin genişləndirilməsi və müraciət edənlərin məmnunluğunun təmin olunması üçün 8 regional miqrasiya idarəsinin fəaliyyəti tam təmin olunub.
Görüşün sonunda iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.

Keçidlər