Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Şahmat məktəbinin akt zalinda tədbir keçirilmişdir

04 oktyabr 2012 | 15:00

03 oktyabr 2012-ci il tarixdə rayon Şahmat məktəbinin akt zalında “Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyi ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu arasında bağlanmış “06” avqust 2012-ci il tarixli, 0012 nömrəli qrant müqaviləsi əsasında həyata keçirilən “Erkən nikahlara qarşı gənclərin sosial fəallığının artırılması” adlı layihə çərçivəsində tədbir keçirilmişdir.
Tədbirdə Gənclər və İdman Nazirliyi İctimai Şurasının sədri, Gənclər Fondu Müşahidə Şurasının üzvü Nurəddin Mehdiyev, “Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyinin sədri Nahid Quliyev, Qəbələ QHT-lərinin Resurs Mərkəzinin direktoru Qalib Nəbiyev, rayonun təhsil müəssilərinin, rayon Gənclər və İdman idarəsinin və rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbirdə erkən nikahlar və onların fəsadları, meydana gəlmə formaları, səbəbləri və motivləri və erkən nikahların qarşısının alınması yolları mövzuları ətrafında müzakirələr edilmişdir.
Sonda məktəblilərə şəhadətnamələr təqdim edilmişdir.
 

Keçidlər