Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda “Dövlət-Din munasibətləri” mövzusunda tədbir keçirilib

10 dekabr 2015 | 16:00

10 dekabr  2015-ci il tarixdə rayon İcra Hakimiyyətinin akt zalında “Dövlət-din münasibətləri və dini ekstremizmə qarşı birgə mübarizə” mövzusunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev açaraq Azərbaycanda dövlət-din siyasətinin həyata keçirilməsi, dövlət-din münasibətlərini tənzimləyən qanunvericilik bazası, qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, ölkəmizdə tolerantlıq mühitinin, milli mənəvi dəyərlərin qorunub saxlanması istiqamətində görülən işlərdən danışdı.
Tədbirdə çıxış edənlər rayonda mövcud dini durum, dini radikalizm, ölkəmizdə dini ənənələrin qorunması, dövlət tərəfindən dini icmalara göstərilən qayğı barədə geniş məlumat vermişlər.
Tədbirin sonunda Möhtərəm Prezident İlham Əliyevə təqdim olunmuş Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının və Qazılar şurasının birgə toplantısında qəbul olunmuş müraciət oxunmuşdur.

Keçidlər