Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda Ulu Öndərin anım günü qeyd olundu

11 dekabr 2015 | 16:00

Dekabrın 11-də  Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirib.
Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açaraq  rayon İcra  Hakimiyyətinin  başçısı  M.Şəkiliyev  qeyd etdi ki, ulu öndərin vəfatından 12 il ötsə də Azərbaycan xalqının yaddaşına xilaskar, qurucu, yaradıcı lider  kimi həkk olunan bu dahi insan təkcə bizim yox, bütün dünya azərbaycanlılarının fəxrinə çevrilib. Azərbaycan xalqının dahilik rəmzi olan Heydər Əliyevin dövlət, millət qarşısında tarixi xidmətləri zaman keçdikcə daha aydın görünür.
Tədbirdə çıxış edənlər ulu öndərin və onun layiqli davamçısı Prezident İlham Əliyevin öz xalqına diqqət və qayğısından söz açaraq, İlham Əliyevin siyasətini dəstəklədiklərini bildiriblər.
Dekabrın 12-də isə səhər saatlarından başlayaraq minlərlə rayon sakini dahi şəxsiyyətin şəhərin mərkəzi meydanında yerləşən abidəsini ziyarət edərək, önünə gül dəstələri düzmüş, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad etmişlər.

Keçidlər