Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Milli mətbəximiz-Milli irsimiz

16 dekabr 2015 | 16:00

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 23.01.2015-ci il tarixli 31 nömrəli əmrinə əsasən rayonumuz “Azərbaycanın Milli Mətbəx Paytaxtı” elan edilmişdir. Plana müvafiq olaraq İl ərzində rayonda müxtəlif zona, respublika səviyyəli tədbirlər keçirilmişdir.
Növbəti tədbirlərdən biri də dekabrın 16-da S.Vurğun adına Rayon Mədəniyyət Mərkəzində “Milli mətbəximiz-Milli irsimiz” adı altında keçirilmişdir. Tədbirdə rayonumuzun müxtəlif kəndlərinin mətbəxinə məxsus xörəklər, şirniyyatlar nümayiş olunmuşdur. Rayonumuzda yaşayan  azsaylı xalqların mətbəx nümunələri,ləziz təamları da açılmış süfrələri bəzəmişdir.
Tədbirdə çıxış edənlər  mədəni irsimizdən olan mətbəximizin zənginliyindən danışmaqla yanaşı rayonumuzun ilk olaraq “Azərbaycanın Milli Mətbəx Paytaxtı” seçilməsindən  qürur duyduqlarını bildirmişlər.

Keçidlər