Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qaxda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır

20 yanvar 2016 | 16:00

Qax rayonunda Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin iyirmi altıncı ildönümü ilə əlaqədar yanvarın 20-də ümumrayon tədbiri keçirilmişdir.
Rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə Şəhidlər xiyabanına gələrək  20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək düzmüş, Vətənimizin azadlığı və müstəqilliyi yolunda həlak olanların xatirəsini ehtiramla yad etmiş və Qax Rayon Mədəniyyət Evinin işçiləri tərəfindən hazırlanmış ədəbi bədii kompozisiyaya  tamaşa etmişlər.
YAP-ın inzibati  qərargahında  keçirilən “20 Yanvar qan yaddaşımızdır” mövzusundakı tədbiri giriş sözü ilə açan  RİH-nin başcısı M.Şəkiliyev  qanlı Yanvar hadisələrinin mahiyyəti, onu doğuran səbəblər, faciənin acı nəticələri barədə danışmış, bu qanlı qırğının xalqımızın azadlıq mübarizəsi tarixində şanlı səhifə olduğunu xüsusi vurğulamışdır.
Tədbirdə iştirak edən natiqlər həmin dövrdə hadisələrə hüquqi-siyasi qiymət verilməsində, cinayətkarların adının xalqa bəyan edilməsində ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərini önə çəkmiş, hazırda 20 Yanvar şəhidlərinin ailələrinə dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərildiyini vurğulamışlar.
Tədbirin sonunda mövzuya aid videoçarx nümaiş etdirilmişdir.

Keçidlər