Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonumuzda ənənəvi sahələrin inkişafı üçün geniş potensial mövcuddur

08 fevral 2016 | 16:00

“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə fevralın 4-də  rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirmişdir.
Görüşdə yerli inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri,  iş adamları, sahibkarlar iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan RİH-nin başçısı Musa Şəkiliyev  “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın  ikinci ilində rayonda görülmüş abadlıq,  tikinti-quruculuq işlərindən söhbət açmışdır.
Görüşdə çıxış edən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə bildirmişdir ki, 2008-ci ildən davam edən qlobal iqtisadi böhran, dünya bazarında neftin qiymətinin 4 dəfə aşağı düşməsi, neft gəlirlərinin əhəmiyyətli dərəcədə azalması Azərbaycana da təsirsiz ötüşməmişdir. Buna baxmayaraq möhtərəm  Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş sosial-iqtisadi siyasəti nəticəsində bu gün ölkəmizdə ictimai-siyasi, eləcə də makroiqtisadi sabitlik qorunub saxlanılmış, qarşıya qoyulan bütün məsələlər öz həllini tapmışdır. Bunun başlıca səbəbi iqtidarla xalqın birliyidir. Ə.Əhmədzadə bildirmişdir ki, rayon üçün  xüsusilə ənənəvi olan kənd təsərrüfatının  sahələrinin inkişafına xüsusi diqqət yetirmək,  eyni zamanda böyük  və ya kiçik ölçülü sənaye müəssisələrinin yaradılmasına da dəstək vermək gərəklidir. 
Görüşdə həmçinin ixrac yönümlü məhsul istehsalına nail olunması, heyvandarlıqda kiçik ailə təsərrüfatlarının yaradılması, taxılçılığın, tütünçülüyün, meyvəçiliyin, tərəvəzçiliyin, arıçılığın, həmçinin turizmin inkişaf etdirilməsi barəsində müzakirələr  aparılmışdır.
Tədbirdə çıxış edən sahibkarlar, ziyalılar regionların sosial-iqtisadi inkişafına, iş adamlarına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.

Keçidlər