Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Xocalı soyqırımı-tarixin qanlı faciəsi

26 fevral 2016 | 16:00

Rayonda xalqımızın tarixinə qanla yazılmış Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar  tədbirlər planı hazırlanmış, müəssisə və təşkilatlarda, ümumtəhsil məktəblərində, mədəniyyət ocaqlarında anım mərasimləri, xatirə gecələri, konfranslar keçirilmiş, sərgi və guşələr təşkil edilmişdir.
Fevralın 26-da soyqırım gününə həsr olunmuş rayon tədbiri keçirilmişdir. Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri əvvəlcə Şəhidlər xiyabanına gələrək, “Ana abidəsini” ziyarət etmiş, şəhid məzarları üzərinə gül-çiçək dəstələri qoymuş,  onların  ölməz xatirəsini ehtiramla yad etmişlər. 
Tədbir iştirakçıları YAP rayon qərargahında məktəblilərin hazırladığı sərgiyə baxış keçirdikdən sonra “Xocalı soyqırımı-tarixin qanlı faciəsi” mövzusunda keçirilən elmi praktiki konfransı giriş sözü ilə açan  Rayon İcra Hakimiyyətinin başçısı  Musa Şəkiliyev Xocalı soyqrımının bəşəriyyətə yönələn cinayət olduğunu qeyd edərək faciə haqqında məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycan xalqı son 200 ildə erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı ilhaq etmək istəyir, bu yolda hər cür cinayət və vəhşiliyə hazır olduğunu nümayiş etdirir.
Tədbirdə çıxış edənlər faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin xidmətlərini minnətdarlıq hissi ilə xatırlamış,  Heydər Əliyev Fondunun bu istiqamətdəki fəaliyyətindən danışmış, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin düşünülmüş siyasəti və qətiyyətli addımları nəticəsində işğal altında olan torpaqlarımızın geri qaytarılacağına, cinayətkarların layiqli cəzalarını alacaqlarına əminlik ifadə olunmuşdur.  
Tədbirin sonunda Xocalı faciəsinin dəhşətlərini əks etdirən sənədli film nümayiş etdirilmişdir.
Saat 17:00-da respublikanın bütün ərazisində olduğu kimi, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Keçidlər