“25 noyabr Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr olunmuş tədbir
“25 noyabr Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr olunmuş tədbir
Rayonun N.Allahverdiyev adına 2 saylı məktəb-liseyində “25 noyabr Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə RİH başçısının müavini- İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova, RPŞ-nin YYÇ PİTQ- baş inspektoru, polis leytenantı, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Qax rayon üzrə sektorunun müdiri, məktəb valideyin komitəsinin sədri, müəllim kollektivi, şagirdlər və valideynlər iştirak etmişlər.
Tədbirdə çıxışlar zamanı ölkəmizdə ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının mühafizəsi, gender bərabərliyinin təmin olunması istiqamətində qanunlar, islahatlar və dövlət proqramlarına əsasən yaradılmış gender komissiyasının fəaliyyətindən və məişət zorakılığı, zorakılıq qurbanlarına dəstək mexanizmindən ətraflı bəhs edilmişdir.