Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Od çərşənbəsi qeyd olundu

03 mart 2016 | 16:00

Təbiətin oyanması Novruzdan başlanır. "Novruz" fars sözü olub, "yeni gün" deməkdir. Novruz bayramının mənşəyi qədimdir. Azərbaycan xalqı hər il bu bayramı təntənəli və həm də bayrama bir ay qalmışdan, su çərşənbəsindən qeyd etməyə başlayır.
          Birinci çərşənbə su çərşənbəsidir. Bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır. Ikinci od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalanır, hər ailə üzvünün adına bir şam yandırılır, xonçalar düzəldilir. İnanclara görə insanlar tonqalın üzərindən tullanmaqla daxildə olan bütün xəstəliklərini və ağırlıqlarını yandırırlar.
Martın 1-də rayonun Mərkəzi meydanında çərşənbələrdən ikincisi olan od çərşənbəsi təntənəli şəkildə  qeyd olunmuşdur. İdarə və təşkilat rəhbərlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə rayonun incəsənət xadimlərinin ifasında gözəl musiqilər səslənmiş və bədii özfəaliyyət kollektivləri rəngarəng konsert proqramı ilə çıxış edərək şənlik iştirakçılarına xoş ovqat bəxş etmişlər.
Novruzun rəmzi olan  tonqal xüsusilə də uşaqların böyük marağına səbəb olmuşdur. Bu təntənə ilə qalan çərşənbələr də ardıcıl olaraq Mərkəzi meydanda rayon ictimaiyyətinin iştirakı ilə keçiriləcəkdir.

Keçidlər