Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Bədən Tərbiyəsi və İdman Günü münasibətilə tədbir keçirildi

05 mart 2016 | 16:00

       5 Mart - Bədən Tərbiyəsi və İdman  Günü Respublikamızın hər yerində olduğu kimi  rayonumuzda da yüksək səviyyədə qeyd olunmuşdur.İştirakçılar tədbirdən əvvəl Ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsinin önünə gül dəstələri qoyaraq ehtiramlarını bildirmişlər. İdman ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə davam etdirilən toplantını giriş sözü ilə açan RİH başçısı Musa Şəkiliyev ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və  qayğıdan söhbət açmış, idman siyasətinin təməlinin ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, bu siyasət hazırda dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O qeyd etmişdir ki, azərbaycan xalqının fiziki sağlamlığına xüsusi önəm verən dövlətimizin başçısı bədən tərbiyəsi və idmanın inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsini diqqətdə saxlayır, respublikamızın idman imicinin yüksəlməsinə çalışır, bunlar isə gənc nəslin sağlam ruhda tərbiyəsinə, respublikamızda idmanın kütləviliyinə xidmət edir.
Tədbirdə çıxış edənlər idmançıları əlamətdar gün münasibətilə təbrik edərək, ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişlər.
Sonda idman sahəsində fərqlənən məşqçi və idmançılara RİH-in fəxri fərmanları və qiymətli hədiyyələri,İdman və gənclər idarəsinin diplomları təqdim olunmuşdur.

Keçidlər