Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Tasmalı kəndinə ilk dəfə təbii qaz verilib

04 mart 2016 | 16:00

Martın 4-də rayonumuzun  yaşayış məntəqələrindən biri olan Tasmalı kəndinə ilk dəfə mavi  yanacağın verilməsi münasibətilə tədbir keçirilmişdir.  Mərkəzi meydanında keçirilən tədbirdə çıxış edən  sakinlər Novruz bayramı ərəfəsində kəndə mavi yanacağın verilməsini yüksək qiymətləndirərək göstərilən diqqət və qayğıya görə ölkə başçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlığını bildirmişlər.
RİH başçısı Musa Şəkililyev sakinləri təbrik edərək ölkəmizdə, o cümlədən bölgəmizdə sakinləri narahat edən sosial problemlərin həlli istiqamətində aparılan işlərdən, möhtərəm Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətdən  söz  açmışdır. 
Sonda  alqış sədaları altında kəndə mavi yanacağın verilməsini bildirən məşəl alovlandırılmışdır.

Keçidlər