Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonunun fəal qadınları mükafatlandırılıb

07 mart 2016 | 16:00

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə martın 7-də rayonumuzda bayram tədbiri keçirilmişdir.
  Tədbirdə hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayonun müxtəlif sahələrində çalışan qadınlar iştirak etmişlər.
  Tədbiri giriş sözü ilə açan RİH başçısı Musa Şəkiliyev qadınları bayram münasibətilə təbrik edərək bildirdi ki, Azərbaycan qadınları tarixin bütün dövrlərində qəhrəmanlıq, cəsurluq nümunəsi göstərmiş, cəmiyyətin bütün sferalarında fəallıq göstərməklə yanaşı, öz milli xüsusiyyətlərini, ülvi hisslərini qoruyub saxlamışlar. İcra başçısı əlavə etdi ki, Ümummilli lider Heydər Əliyevin  hakimiyyətə qayıdışından sonra qadınların ölkəmizin ictimai-siyasi, mədəni həyatında fəal iştirakına daha geniş yer verilmiş, qadınlar dövlət quruculuğu işlərinə cəlb olunmuşlar. Ümummilli liderin bu siyasəti möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir.
Tədbirdə çıxış edən natiqlər qeyd etdilər ki, respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da qadınlar rayonun ictimai-siyasi, mədəni və iqtisadi həyatında fəal iştirak edərək uğurla həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işlərinə öz töhfələrini verirlər.
Sonda  rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə fərqlənən bir qrup qadına fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunmuşdur.

Keçidlər