Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Zəyəm kəndinə təbii qaz verildi

11 mart 2016 | 16:00

Martın 11-də rayonumuzun  yaşayış məntəqələrindən biri olan Zəyəm kəndinə  mavi  yanacağın verilməsi münasibətilə tədbir keçirilmişdir.
366 abonenti olan kəndin qazlaşdırılması üçün ümumi uzunluğu 3 min 897 metr müxtəlif diametrli polietilen və 17 min 452 metr müxtəlif diametrli  metal borularla qaz xəti çəkilmiş, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılmışdır.
Mərkəzi meydanında keçirilən tədbirdə çıxış edən  sakinlər Novruz bayramı ərəfəsində kəndə mavi yanacağın verilməsini yüksək qiymətləndirərək göstərilən diqqət və qayğıya görə ölkə başçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlığını bildirmişlər.
RİH başçısı Musa Şəkililyev sakinləri təbrik edərək rayonun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq, respublikamızın hər yerində olduğu kimi  rayonumuzun yaşayış məntəqələrinin də mərhələli şəkildə qazlaşdırılması məqsədi ilə zəruri tədbirlərin həyata keçirilməsindən, möhtərəm Prezidentimizin rəhbərliyi ilə aparılan uğurlu siyasətdən  söz  açmışdır.
Sonda  alqış sədaları altında kəndə mavi yanacağın verilməsini bildirən məşəl alovlandırılmışdır.

Keçidlər