Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Torpaq çərşənbəsi qeyd olundu

15 mart 2016 | 16:00

Ölkəmizdə baharın nəfəsi yavaş-yavaş duyulmağa başlayıb. Yazın gəlişinə işarə edən Novruz çərşənbələrinin üçünü - Su, Od, və Yeli artıq ötən həftələrdə geridə qoymuşuq. Dünən isə çərşənbələrin sonuncusu İlaxır çərşənbə-Torpaq çərşənbəsi idi.
Bu çərşənbədə torpaq öz qarını, buzunu əridib toxumunu cücərdir. Ağaclar yuxudan oyanaraq tumurcuqlanmağa başlayır, bağ-bostan, dirrik yerləri əkinə hazırlanır. Axır çərşənbədə tonqal qalanması, plov dəmlənməsi, qapı pusma, şam yandırma, fala baxma və bir çox adət-ənənələr var.
Martın 15-də rayonun Mərkəzi meydanında sonuncu-torpaq çərşənbəsi də təntənəli şəkildə  qeyd olundu. İdarə və təşkilat kollektivlərinin, ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə rayonun  bədii özfəaliyyət kollektivləri rəngarəng konsert proqramı ilə çıxış edərək şənlik iştirakçılarına xoş ovqat bəxş etdilər.
          Novruzun rəmzi olan tonqalın ətrafında yallı gedən uşaqlar bu bayramın dostluq, barış, mehribanlıq rəmzi olduğunu hər kəsə nümaiş etdirdilər.

Keçidlər