Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Novruz bayramı böyük coşqu ilə qeyd olundu

18 mart 2016 | 16:00

Baharın gəlişi münasibətilə  martın 18-də şəhərin “Sahil” parkında ümumrayon şənliyi keçirilmişdir. Tədbirin keçirildiyi park gül-çiçək və səmənilərlə, al-əlvan xonçalarla bayramsayağı bəzədilmişdir. Novruzun atributları əks olunan lövhələr, xalq tətbiqi sənəti nümunələrindən ibarət sərgi və guşələr bayramın təntənəsindən  xəbər verirdi.
          Bayram iştirakçıları faytonda meydana daxil olan Bahar qızı,  Kosa və Keçəli musiqi sədaları altında alqışlarla  qarşıladılar. 
Meydanın mərkəzində qurulmuş bayram tonqalı alovlandırıldıqdan sonra rayon rəhbərliyi və qonaqlar ayrı-ayrı əmək kollektivlərinin, kənd ərazi icra nümayəndəlikləri və bələdiyyələrin təşkil etdikləri yam-yaşıl səmənilərlə, xonçalarla bəzədilmiş bayram süfrələri, milli mətbəx nümunələri ilə tanış olmuş, el sənətkarlarının əl  işlərinə baxmışlar.
Tədbirdə çıxış edən RİH başçısı Musa Şəkiliyev rayon sakinlərini təbrik etmiş, ölkəmizdə milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanması və daha da inkişaf etdirilməsində Ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin xidmətlərini xüsusilə vurğulamışdır. O, qeyd etmişdir ki, bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq yeddi ildir ki, UNESCO tərəfindən beynəlxalq səviyyədə qeyd edilir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə 2009-cu ilin sentyabrında Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. BMT-nin Baş Məclisi isə martın 21-ni “Beynəlxalq Novruz Günü” elan etmişdir. Hər il beynəlxalq səviyyədə keçirilən bu bayram müstəqilliyimizin, milli dəyərlərə hörmət və ehtiramımızın göstəricisidir.
Bir-neçə saat davam edən bayram şənliyində respublikanın tanınmış incəsənət ustaları və rayonun mədəniyyət kollektivləri rəngarəng konsert proqramı ilə çıxış edərək, şənlik iştirakçılarına xoş ovqat bəxş etmişlər.

Keçidlər