Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonumuzda Soyqırım qurbanları anıldı

31 mart 2016 | 16:00

31 Mart-Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar rayonumuzda  anım tədbiri keçirilmişdir. Rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə Şəhidlər xiyabanına gələrək, vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş igid həmyerlilərimizin məzarları üzərinə gül-çiçək düzmüş, şəhidlərin ölməz xatirəsini   ehtiramla yad etmişlər.
Daha sonra rayon Təhsil şöbəsinin inzibati binasında soyqırım qurbanlarına həsr olunmuş sərgiyə baxış keçirildikdən sonra tədbir iclas zalında davam etdirilmişdir. Toplantını giriş sözü ilə açan RİH başçısı Musa Şəkiliyev ermənilərin  xalqımıza qarşı əsrlər boyu davam edən soyqırımı siyasətinin mahiyyətindən və tarixindən geniş bəhs etmişdir. Bildirmişdir ki, erməni millətçilərinin həyata keçirdikləri soyqırımı və təcavüz siyasətinin iki yüz ildən artıq tarixi vardır. Bu məkrli siyasətin məqsədi azərbaycanlıları dədə-baba torpaqlarından sıxışdırıb çıxarmaq, bu əraziləri mənimsəməkdir. M.Şəkiliyev Azərbaycanlıların soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini bir daha xatırlatmış, hazırda bu istiqamətdə ölkə rəhbərliyi, həmçinin Heydər Əliyev Fondu tərəfindən məqsədyönlü və davamlı iş aparıldığı diqqətə çatdırmışdır.
Məruzə və çıxışlarda  soyqırımı hadisələrinin XX yüzillikdə dünya tarixinin  ən qanlı səhifələrindən biri olduğu vurğulanmışdır.
Tədbirin sonunda soyqırımın dəhşətlərini əks etdirən sənədli film nümayiş etdirilmişdir.

Keçidlər