Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

İşğal altındakı torpaqlarımızın azad ediləcəyi gün çox da uzaqda deyil

04 aprel 2016 | 16:00

Aprelin 4-də rayonumuzda son günlər cəbhədə baş verən hadisələrlə bağlı rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının, idarə və təşkilat rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə yığıncaq keçirilib.
Tədbir torpaqlarımız uğrunda həlak olmuş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən  Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev aprelin 2-də Ermənistanın cəbhə boyu təxribatlar törətməyə cəhd etdiyini, lakin Azərbaycan Ordusu tərəfindən layiqli cavab verildiyini diqqətə çatdırıb. İcra hakimiyyətinin başçısı hərbçilərimizin strateji cəhətdən çox əhəmiyyətli olan yüksəklikləri azad etdiklərini, düşmənin kifayət qədər böyük itki verərək geri çəkildiyini vurğulayıb.
Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının iclasında Ali Baş Komandan İlham Əliyevin çıxışının rayonumuzun sakinləri arasında ruh yüksəkliyi yaratdığını vurğulayan Musa Şəkiliyev, Qarabağın tezliklə işğaldan azad ediləcəyinə inamını ifadə edib.
Tədbirdə çıxış edənlər Azərbaycan bayrağının tezliklə Şuşada, Xankəndində dalğalanacağına əmin olduqlarını söylədilər.

Keçidlər