Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

“Qələbəyə doğru” intellektual yarışın növbəti seçim turu keçirildi

12 aprel 2016 | 16:00

Aprelin 12-də rayonumuzda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı ilə Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik, oftolmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü münasibətilə “Qələbəyə doğru” intellektual yarışının seçim turu keçirilmişdir.
  Şəhər 4 saylı tam orta məktəbdə təşkil olunan yarışda Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonlarını təmsil edən 9-11-ci siniflərin 5 nəfərlik komandaları iştirak etmişlər.
          Tədbiri giriş sozü ilə açan  rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Heydərova və AQUPDK-nin əməkdaşı Pərviz Əliyev çıxış edərək,  görkəmli alimin mənalı ömür yoluna qısa nəzər salmış, Zərifə xanım Əliyevanın oftolmologiya elmi sahəsində qazandığı uğurlardan və onun keçdiyi şərəfli ömür yolundan bəhs etmişlər.
Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunan “Nur dolu ömür” filminin nümayişindən sonra yarışa start verilmişdir. Görkəmli alimin həyat və fəaliyyəti ilə bağlı sualları daha tez və doğru cavablandıran İsmayıllı rayonunun komandası seçim turunun qalibi olmuş və yarışın final mərhələsində iştirak etmək hüququ qazanmışdır.

Keçidlər