Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Milli Müstəqillik günü münasibətilə tədbir

19 oktyabr 2012 | 15:00

18 Oktyabr – Milli Müstəqillik günü münasibətilə YAP Qax rayon təşkilatının inzibati binasında tədbir keçirilmişdir.
Tədbirdən əvvəl rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və rayon ictimaiyyətinin nümayəndələri şəhərin Mərkəzi meydanında Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmişlər.
RİH başçısı tədbiri giriş sözü ilə açaraq hamını Müstəqillik Günü münasibətilə təbrik etmiş, ölkəmizin son 21 ildə keçdiyi inkişaf yolundan danışmışdır.
RİH başçısının İctimai siyasi və humanitar məslələr üzrə müavini Məhərrəm Məhərrəmovun “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir” mövzusunda məruzəsi dinlənilmişdir.
Çıxış edənlər müstəqillik illərində əldə olunan uğurlardan və nailiyyətlərdən danışmışlar.
Natiqlər qeyd ediblər ki, dahi şəxsiyyətin bu məqsədyönlü səyləri nəticəsində ölkəmizdə vətəndaş müharibəsinin qarşısı alınmış, iqtisadiyyat ağır böhran vəziyyətindən çıxarılaraq inkişaf yoluna qədəm qoymuş, nizami ordu quruculuğunda, eləcə də respublika həyatının bütün sahələrində dinamik tərəqqi və inkişaf təmin edilmişdir. Bu istiqamətdə Ulu öndərin müəyyənləşdirdiyi quruculuq siyasətinin bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışlar.
 

Keçidlər