Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Sahibkarlar onlara göstərilən diqqətdən məmnundurlar

14 aprel 2016 | 16:00

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı ilə aprelin 14-də rayonun Zəyəm kəndində “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum” keçirilmişdir.
70-ə yaxın sahibkarın iştirak etdiyi forumda əvvəlcə rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədi ilə prioritet hesab olunan iri fermer, bağçılıq, cins heyvandarlıq, tütünçülük və arıçılıq təsərrüfatlarının, çörək istehsalı və meyvə emalı müəssisələrinin təşkili, otellərin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılmışdır. Bildirilmişdir ki, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Maliyyələşdirilən investisiya layihələrinin reallaşdırılması hesabına 50-yə yaxın yeni iş yerinin açılması mümkün olacaq.
Tədbirdə  Rayon İcra Hakimiyyətinin başçısı cənab Musa Şəkiliyev çıxış edərək, ölkəmizdə sahibkarlığın inkişafına göstərilən dövlət qayğısından danışmış, fond tərəfindən maliyyələşdirilən investisiya layihələrinin regionların iqtisadiyyatının dinamik inkişafında, yeni iş yerlərinin yaradılmasında böyük rol oynadığını vurğulamışdır.

Keçidlər