Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasının tələbləri baxımından rayonda görülmüş işlər və qarşıda duran vəzifələr haqqında hesabat yığıncağı keçirilmişdir.

18 aprel 2016 | 16:00

Aprelin 15-də rayon İcra Hakimiyyətində 2016-cı ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş yığıncaq keçirilmişdir.  Tədbirdə hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ziyalılar, iş adamları, sahibkarlar, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri iştirak etmişdir.
  Tədbiri giriş sözü ilə açan RİH başçısı Musa Şəkiliyev ayın avvəlində cəbhə bölgəsində baş vermiş hadisələri bir daha rayon ictimaiyyətinin diqqətinə catdırmış və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
RİH başçısı bildirmişdir ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev tərəfindən yerli icra hakimiyyəti orqanları qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsini təmin etmək məqsədi ilə rayonda qərargah və işçi qrupları yaradılmış, tədbirlər planı tərtib edilmişdir. Tədbirlər planında rayonda kənd təsərrüfatı məhsulları istehsalının genişləndirilməsi, ənənəvi sahələrdən olan tütünçülüyün və baramaçılığın inkişaf etdirilməsi, faraş tərəvəz və kartof istehsalının artırılması əsas vəzifə olaraq qarşıya qoyulmuşdur.
M.Şəkiliyev Diqqətə çatdırmışdır ki, artıq bu istiqamətdə müvafiq işlərin görülməsinə başlanılıb. Hazırda təsərrüfatlarda yazlıqların əkini davam etdirilir. İstixanalarda yetişdirilən tütün şitillərinin  sahələrə köçürülməsinə başlanılmışdır.
İlin birinci rübündə rayonda heyvandarlıq məhsulları istehsalının intensiv inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılmış, 695 baş inək-düyə süni yolla mayalandırılmışdır. Keçən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 1,2 ton, süd istehsalı 2,6 ton, yumurta istehsalı isə 6 min ədəd artmışdır. Rayon əhalisinin quş əti ilə təmin olunması məqsədi ilə Almalı kəndində əmtəəlik quşçuluqla məşğul olan 2 ailə təsərrüfatı yaradılmışdır.
Azərbaycan Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, birinci rübdə Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin tikintisinə başlanılıb və hazırda işlər davam etdirilir. Qorağan kəndində gündəlik istehsal gücü 30 ton olan ixracyönümlü fındıq emalı müəssisəsinin tikintisi ilə bağlı layihələndirmə və sənədləşmə işləri aparılır.
Yığıncaq iştirakçılarının nəzərinə çatdırılmışdır ki, hesabat dövründə rayon ərazisində ekoloji durumun yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilmiş, 15 hektar sahədə yeni meşəlik salınmış, inzibati ərazi dairələrində 5800, magistral avtomobil yollarının kənarında isə 2500 ədəd ağac əkilmişdir.
Cari ilin birinci rübündə Rayon Mədəniyyət və Turizm şöbəsi tərəfindən bütün   tarixi  gün və bayramların  yüksək  səviyyədə keçirilməsi təmin  edilmişdir.  Şöbə Bakı şəhəri  Dənizkənarı Milli Parkda  keçirilən “Novruz” şənliklərində, eləcə də Şəki şəhərində keçirilən “Şirniyyat” festifalında iştirak etmiş, Turizm sərgisində rayonumuzu layiqincə təmsil etmişdir.
Hesabat məruzəsində, həmçinin birinci rübdə əhalinin təbii qaz, elektrik enerjisi, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində görülən işlərdən bəhs olunmuşdur. Qeyd edilmişdir ki, hesabat dövründə Tasmalı və Zəyəm kəndlərinə təbii qazın verilməsi təmin edilmişdir. Rayon Elektrik Şəbəkəsi tərəfindən 56 kilometr uzunluğunda hava xətti, 26 transformator yarımstansiyası əsaslı təmir olunmuş, qəzalı vəziyyətdə olan 110 elektrik dayağı yenisi ilə əvəzlənmişdir. Rayon əhalisinin keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədi ilə 13 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğuların quraşdırılmasına başlanılmışdır.
Yığıncaqda birinci rübdə əhalinin aztəminatlı təbəqəsinə sosial müavinət, pensiya və təqaüdlərin verilməsi, vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər ətraflı müzakirə edilmiş, qarşıda duran vəzifələrə toxunulmuş, o cümlədən Rayon Təhsil şöbəsinin,  Gənclər və İdman İdarəsinin öz işlərini günün tələblərinə uyğun qurduğu qeyd edilmişdir . Azərbaycan  Respublikasının Prezidenti  cənab  İlham Əliyevin tapşırığına əsasən hər il olduğu kimi bu il də rayonda fevralın 15-dən may  ayının 2-dək əhalinin 18 yaşdan yuxarı 42291 nəfərdən 23212 nəfərinin tibbi  müayinədən  keçirilməsi  təmin edilmişdir. Tibbi  müayinədən keçənlərin 4250  nəfəri ambulator, 53 nəfəri stasionar  müalicəyə  cəlb  olunmuş, 13 nəfəri isə Bakı  şəhərinə  müalicəyə  göndərilmişdir.
Musa Şəkiliyev onu da qeyd etmişdir ki, 2016-cı ilin qalan dövrü üçün  qarşıda duran vəzifələrin icrası ilə bağlı tədbirlər planına əsasən rayonda əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, sahibkarlığın inkişafı üçün münbit şəraitin yaradılması, kənd təsərrüfatı məhsullarının istehsalının və turzim xidmətlərinin genişləndirilməsi və nəzərdə tutulmuş məsələlərin həyata keçirilməsi ilə bağlı işlərə artıq başlanılmışdır.

Keçidlər