Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qax məbədləri Azərbaycan multikulturalizminin nümunələridir

26 aprel 2016 | 16:00

Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi bu istiqamətdə aparılan tədqiqat işlərinə marağı daha da artırmışdır.
Alim-tədqiqatçıların əldə etdikləri elmi nəticələri ali məktəb tələbələrinin, ölkə ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə aprelin 23-24-də “Azərbaycanın maddi-mədəni irsi – Alban Apostol Kilsəsi Qafqazın ən qədim kilsəsidir” layihəsi çərçivəsində bir qrup alim və tələbənin Qax rayonuna elmi turu təşkil olunmuşdur.
Səfər proqramına uyğun olaraq, elmi tur iştirakçıları əvvəlcə Qax rayon Tarix-diyarşünaslıq muzeyində və  Bilik evində olmuşlar.
Sonra  Heydər Əliyev Mərkəzində “Kürmük alban məbədi – Azərbaycanın maddi-mədəni irsidir” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
Ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbiri rayon icra hakimiyyəti başçısının müavini Vəfa Heydərova açaraq, multikulturalizmin Azərbaycanın dövlət siyasətinin ən önəmli istiqamətlərindən birinə çevrildiyini vurğulamış, ölkəmizdə multikultural ənənələrin qorunması və inkişaf etdirilməsi istiqamətində davamlı iş aparıldığını diqqətə çatdırmışdır.
Tədbirdə iştirak edən AMEA-nın alimləri, arxeoloq və memarlar Azərbaycan multikulturalizminin nümunələrindən olan alban abidələri haqqında apardıqları araşdırmalar barədə tədbir iştirakçılarına maraqlı məlumatlar vermişlər.
     Sonda tədbir çərçivəsində “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” və “Azərbaycanın maddi-mədəni irsi – Kürmük Alban məbədi” kitablarının təqdimatı olmuşdur.

Keçidlər