Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonumuzda Çernobıl əlillərinə qayğı ilə yanaşılır

26 aprel 2016 | 16:00

Aprelin 26-də  rayonumuzda Çernobıl faciəsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir Çernobıl faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlanmışdır
Toplantıda çıxış edən rayon  İcra Hakimiyyəti başçısı Musa Şəkiliyev Prezident  İlham Əliyevin ölkə vətəndaşlarına, o cümlədən xüsusi imtiyazlı vətəndaşlara göstərilən qayğıdan və bu sahədə görülən işlərdən  söhbət açmışdır. Rayonumuzda da Çernobıl əlillərinin müraciətlərinə həmişə həssaslıqla yanaşıldığını vurğulayan  M.Şəkiliyev onların üzləşdiyi problemlərin həlli istiqamətində görülən işləri diqqətə çatdırmışdır.
Görüşdə çıxış edən veteranlar onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda Çernobıl əlillərinə maddi yardımlar edilmişdir.

Keçidlər