Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Gənclər arasında narkomaniya əleyhinə maarifləndirmə tədbirləri davam etdirlir

04 may 2016 | 16:00

Müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesdir. Narkomaniya və narkobiznes təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də dünya iqtisadiyyatına ciddi zərbə vurur. Buna görə də narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı intensiv mübarizə zəruridir. Rayonumuzda da il ərzində narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ciddi tədbirlər görülür.
Sağlam həyat  tərzinin yeni üsullarla  təbliğ  edilməsi  məqsədilə  may  ayının  3-də şəhər 2 nömrəli məktəb-liseydə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ilə  birgə hazırladığı “Həyatla oyun” adlı teatr tamaşası  göstərilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin, rayon Polis şöbəsinin, Gənclər və İdman İdarəsinin əməkdaşları ,  müəllimlər və şagirdlər iştirak etmişlər.  Tamaşanın  nümayişindən əvvəl rayon Gənclər və İdman idarəsinin rəisi Əlövsət Bayramov  tədbiri giriş sözü ilə açaraq, narkomaniyanın fəsadlarından, sağlam həyat tərzi istiqamətində maarifləndirmənin vacibliyindən, ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizədən  danışmışdır.
Tədbirdə çıxış edənlər narkomaniyanın müasir dünyamızda cəmiyyəti narahat edən qlobal problem  olduğundan və onun fəsadlarından söhbət  açmışlar.
Tədbirin sonunda  Azərbaycan Respublikası Uşaq Dram Teatrının aktyorlarının ifasında “Həyatla  oyun”  tamaşası nümayiş  etdirilmişdir.

Keçidlər