Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda yeni uşaq bağçası istifadəyə verilib

07 may 2016 | 16:00

Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində  rayonumuzda 5 saylı körpələr evi-uşaq bağçası üçün tikilən 100 yerlik bina istifadəyə verilmişdir.
Şəhərin 28 May küçəsində inşa edilən iki mərtəbəli binanın tikintisinə 2014-cü ildə başlanılmışdır. Binada 5 qrup otağı, həmçinin idman və musiqi zalları, yeməkxana, tibb və inzibati otaqlar yerləşir. Bütün otaqlar lazımi avadanlıqla təchiz edilmiş,binada müasir istilik sistemi quraşdırılmışdır.
Bu münasibətlə mayın 7-də   valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək, son illər dövlətimizdə məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışmışdır. Vurğulamışdır ki, uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən çoxşaxəli təşəbbüslərin uğurla reallaşmasında Heydər Əliyev Fondu da böyük işlər görmüşdür. İstifadəyə verilən bu uşaq bağçası da Fondun məktəbəqədər təhsil müəssisələri ilə bağlı proqramı çərçivəsində reallaşmışdır.
Mərasimdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində gerçəkləşdirilən belə dəyərli hədiyyəyə görə Prezident İlham Əliyevə, eləcə də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.
Rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları bağçada yaradılan şəraitlə tanış olumuşlar.

Keçidlər