Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Keçirilən aksiyada beş min gül kolu və iki min ağac əkilib

10 may 2016 | 16:00

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü  rayonumuzda silsilə tədbirlərlə qeyd olunmuşdur.
Ümumrayon tədbirlər planına uyğun olaraq, müəssisə və təşkilatlarda, təhsil və mədəniyyət ocaqlarında Ulu Öndərə həsr olunan xatirə tədbirləri, elmi-praktiki konfranslar keçirilmiş, rəsm və şeir müsabiqələri, idman yarışları təşkil olunmuşdur. Keçirilən tədbirlərdə dahi rəhbərin mənalı ömür yolundan, Vətən və xalq qarşısındakı tarixi xidmətlərindən geniş bəhs edilmişdir.
Mayın 10-da rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri Ümummilli Liderin şəhərin mərkəzi meydanında ucaldılan abidəsi önünə gül-çiçək düzmüş, xatirəsinə ehtiramlarını bildirmişlər.
Sonra rayon ərazisində gül və ağacəkmə aksiyası keçirilmişdir. Aksiya çərçivəsində  şəhərin park və xiyabanlarında 5 min gül kolu əkilmiş, prospekt və küçələrdə səliqə-səhman işi aparılmış, əvvəl əkilən ağac, gül və bəzək kollarına qulluq olunmuşdur. Eyni zamanda, aksiya zamanı Şəki-Qax və Qax-İlisu avtomobil yollarının kənarlarında 2 mindən çox sərv, çinar və digər ağaclar əkilmiş, avtomobil yollarının ətrafında təmizlik işləri aparılmışdır.
Gül və ağacəkmə aksiyasında, təmizlik işlərində rayonun bütün əmək kollektivləri, həmçinin sakinlər fəallıq göstərmişlər.

Keçidlər