Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qaxda cari ilin doqquz ayının yekunları müzakirə edilmişdir

22 oktyabr 2012 | 15:00

2012-ci ilin doqquz ayı ərzində Qax rayonunda ümumi məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 53 faiz artaraq 104 milyon 864 min manat olmuşdur. Hesabat dövründə rayonda 3 milyon 241 min manatlıq sənaye, 36 milyon 743 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmiş, 44 milyon 146 min manat həcmində tikinti işləri görülmüşdür.
Bu faktlar Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyevin nitqindən irəli gələn məsələlər və 9 ayda rayonda görülmüş işlərlə bağlı Qax Rayon İcra Hakimiyyətində keçirilən geniş şura iclasının hesabat məruzəsində səsləndirilmişdir.
Bölgədə baş vermiş zəlzələlərin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərə toxunulan məruzəçi, hazırda FHN tərəfindən rayonun kəndlərində qəzalı vəziyyətə düşmüş 9 məktəb üçün yeni binaların, habelə 300-dən artıq fərdi yaşayış evinin tikintisinin sürətlə davam etdirildiyi diqqətə çatdırmışdır.
Cari ilin 9 ayında 597 ailəyə ünvanlı sosial yardım təyin edildiyini, rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən müddət ərzində 368 nəfər tənha, ahıl və əlil şəxsə sosial xidmət göstərildiyini bildirmişdir.
Qeyd olunmuşdur ki, rayonun Əlibəyli kəndində 462 fərdi yaşayış evi qazlaşdırılmış, Almalı və Dəymədağlı kəndlərinə qaz xətlərinin çəkilişi başa çatdırılmış, sayğacların quraşdırılmasına başlanmışdır. Hazırda Qax şəhərinin yeni yaşayış massivinin, Qaxbaş, Ağçay və İlisu kəndlərinin qazlaşdırılması istiqamətində işlər davam etdirilir. Eyni zamanda, Qax şəhərinin, Qaxingiloy və Qaxbaş kəndlərinin su-kanalizasiya sisteminin yenidən qurulması layihəsi üzrə işlər də uğurla icra olunur.
Məruzədə bildirilmişdir ki, turizmin inkişafı sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, 2012-ci ilin 9 ayında rayona gələn turistlərin sayı əvvəlki illərlə müqayisədə artaraq 17 min nəfəri ötmüşdür.
Məruzədə, həmçinin hesabat dövründə aqrar sahədə əldə olunan nailiyyətlər, əhalinin elektrik enerjisi, içməli su və kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması, vətəndaşların ərizə və şikayətlərinə baxılması və digər sahələrdə görülən işlərdən bəhs edilmiş, qarşıda duran vəzifələrə toxunulmuşdur.
 

Keçidlər