Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

RESPUBLİKA GÜNÜ QEYD OLUNMUŞDUR

26 may 2016 | 16:00

28 May - Respublika günü münasibətilə rayonumuzda ümumrayon tədbiri kecirilmişdir. Tədbir iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Hüquq- mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ziyalılar, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrlərinin iştirakı ilə Heydər Əliyev mərkəzində keçirilən dəyirmi masada çıxış edən İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev  Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının xalqımızın milli azadlıq, müstəqillik və demokratiya ilə bağlı arzularının məntiqi nəticəsi olduğunu bildirmiş, cəmi 23 ay yaşamış dövlətin xalqımızın tarixində böyük iz qoyan tədbirlər həyata keçirdiyini, bugünkü müstəqilliyimiz üçün möhkəm zəmin yaratdığını  vurğulamışdır. Müstəqil Azərbaycan Respublikasının məhz Xalq Cümhuriyyətinin varisi olduğunu  xüsusi vurğulayan  Musa Şəkiliyev bildirmişdir ki, XX əsrin sonunda yenidən öz müstəqilliyini əldə edən Azərbaycan dövlətçiliyi bilavasitə ümummilli liderimiz  Heydər Əliyevin tarixi xidmətləri sayəsində qorunub saxlanılmış və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Tədbirdə çıxış edənlər  müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin dövlətçiliyimiz qarşısında  tarixi  xidmətlərini bir daha yada salmış, onun ideya və arzularının artıq reallığa çevrildiyini, ölkəmizin iqtisadi qüdrətinin artdığını, beynəlxalq aləmdə nüfuzunun daha da yüksəldiyini böyük iftixar hissi ilə qeyd etmişlər.

Keçidlər