Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edildi

01 iyun 2016 | 16:00

1 İyun-Uşaqların Beynalxalq Müdafiəsi Günüdür. BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynalxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənmiş  və elə həmin konfransda  da iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınmışdır. Bundan sonra həmin gün uşaqların müdafəsi günü kimi tarixə düşmüşdür.
Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da təntənə ilə qeyd edilir. 1 İyun-Uşaqların  Beynalxalq Müdafiə günü ilə bağlı Heydər Əliyev  adına şəhər parkında rayon İcra Hakimiyyətinin dəstəyi , Mədəniyyət Turizm şöbəsi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “ Uşaqlar bizim gələcəyimizdir”  adlı tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə rayonumuzun istedadlı uşaqlarının əl işləri olan  vətənimizin gözəlliklərini, sülhü tərənnüm edən rəsmlərdən ibarət   sərgiyə baxmışlar.
Tədbirdə çıxış edənlər uşaqların beynəlxalq müdafiəsi günü haqqında ətraflı məlumat vermiş, ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından, həyata keçirilən uğurlu siyasətdən danışmış, uşaqların rahat və firavan yaşaması və böyüməsi üçün yaradılan şəraitdən söz açmışlar. 
Daha sonra tədbirdə uşaq incəsənət məktəbinin, mədəniyyət müəssisələrinin uşaq rəqs və folklor kollektivləri maraqlı konsert proqramı ilə çıxış etmişlər. Uşaqlar arasında keçirilən mahnı, bədii qiraət, rəsm və rəqs müsabiqələrinin qalibləri diplom və hədiyyələrlə mükafatlandırılmışlar.

Keçidlər