Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Beynəlxalq Müəllimlər Günü qeyd olunub

05 oktyabr 2016 | 16:00

Oktyabrın 5-də rayonumuzda Beynəlxalq Müəllim Gününə həsr  olnmuş tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ümummili lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər. Daha sonra tədbir rayon İcra Hakimiyyətinin akt zalında davam etmişdir. 
Rayon rəhbərliyinin, qabaqcıl müəllimlərin, ziyalıların iştirak etdiyi tədbiri giriş sözü ilə açan RİH başçısı Musa Şəkiliyev ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından danışmış, rayon müəllimlərinin qazandıqları uğurlardan bəhs etmişdir.  
Bildirmişdir ki, 1966-cı ildə UNESCO tərəfindən təsis edilən Beynəlxalq Müəllim Günü 1993-cü ildən Azərbaycanda da qeyd olunur. Ümummilli lider Heydər Əliyev müəllim peşəsinə, müəllim əməyinə həmişə yüksək qiymət vermişdir. Ulu Öndərin bu siyasi xətti hazırda cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün təhsilə, müəllimə diqqət göz qabağındadır. Müəllim əməyinin qiymətləndirilməsi, qabaqcıl müəllimlərin mükafatlandırılması, təhsil sahəsində aparılan dövlət siyasəti məktəbə və müəllimə qayğının bariz nümunəsidir.
Diqqətə çatdırmışdır ki, hazırda rayonun ümumtəhsil məktəblərində gənc nəslin təlim-tərbiyəsi ilə 1297 müəllim məşğul olur. Son illər müəllimlərdən 7 nəfər “Əməkdar müəllim” fəxri adına layiq görülmüş, 7 nəfər “Tərəqqi” medalı ilə, 15 nəfər isə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur. Eyni zamanda, 5 nəfər “Ən yaxşı müəllim” respublika müsabiqəsinin qalibi olmuşdur. Bu il  Prezident İlham Əliyevin imzaladığı Sərəncamla şəhər 2 nömrəli məktəb-liseyin müəllimi Ayna Məhsimova “Tərəqqi” medalına layiq görülmüşdür.
Tədbirdə çıxış edənlər müəllimləri peşə bayramları münasibətilə təbrik etmiş, onlara pedoqoji fəaliyyətlərində uğurlar arzulamışlar.
Sonda bir qrup qabaqcıl müəllimə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunmuşdur.

Keçidlər