Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Narkomaniya əleyhinə maarifləndirmə tədbirləri davam etdirlir

31 oktyabr 2016 | 16:00

Müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesdir. Narkomaniya və narkobiznes təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də dünya iqtisadiyyatına ciddi zərbə vurur. Buna görə də narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı intensiv mübarizə zəruridir. Rayonumuzda da il ərzində narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ciddi  tədbirlər görülür. 
Sağlam həyat  tərzinin  təbliğ  edilməsi  məqsədilə  oktyabrın  25-də rayonumuzda  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın 4.4.23-cü bəndinin (narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədi ilə təlimçilər hazırlanması) icrası ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu  rayon İcra Hakimiyyəti ilə birgə Daxili İşlər, Səhiyyə, Təhsil Nazirliklərinin, o cümlədən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının iştirakı ilə psixoloqlar  üçün təlim-məşğələ keçirmişdir.
Təlimdə aidiyyəti dövlət orqanlarının nümayəndələri çıxış edərək narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılması, təhsil müəssisələrində təhsil işçiləri, məktəblilər və şagirdlər arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılmasının zəruriliyi barədə təlim iştirakçıları məlumatlandırılmış, təlim iştirakçılarını maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır.
Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış  yaddaş kitabçaları, xəbərdarlıq vərəqələri və metodik materiallar təlim iştirakçılarına təqdim olunmuşdur.

Keçidlər