Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

“Kürmükoba” bayramı qeyd edilib

25 noyabr 2016 | 16:00

Respublikamızın ərazisində tariximizin müxtəlif dövrlərinə aid, o cümlədən Qafqaz Albaniyası dövrü həqiqətlərinin daşıyıcısı olan onlarla tarixi abidə mövcuddur. Belə abidələrdən biri də rayonumuzun ərazisində, Əmbərçay kəndinin yaxınlığında yerləşən Kürmük məbədidir. Erkən orta əsrlərə aid qədim alban məbədinin izlərini daşıyan bu məbəd əcdadlarımızın dini inanclarının rəmzi abidəsi, müxtəlif dinlərdən olan insanların axışdığı ibadətgah yeridir.
Ənənəvi olaraq Kürmük məbədində ildə iki dəfə - may və noyabr aylarında “Kürmükoba” bayramı keçirilir. Bayramda dini ayinlərlə yanaşı, el gəzintisi təşkil edilir, qurbankəsmə mərasimi icra olunur.
Ənənəyə uyğun olaraq, noyabrın 23-də dini mənsubiyyətindən asılı olmayaraq rayonun müsəlman və xristian əhalisi əsl tolerantlıq örnəyi nümayiş etdirərək dostluq şəraitində birgə məbədi ziyarət ediblər. Onlar dini ayinləri icra edib, qurbanlar kəsiblər. 
Dövlətimiz tərəfindən tarixi abidə kimi qorunan Kürmük məbədi xalqımızın tarixi yaddaş abidəsi, Azərbaycanın maddi-mədəni irsidir.

Keçidlər