Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə möhtəşəm konsert proqramı təşkil olunub.

31 dekabr 2025 | 14:29

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə möhtəşəm konsert proqramı təşkil olunub.

 

Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qax şəhərində Mərkəzi Meydanda  31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişinə həsr olunmuş bayram konserti təşkil olunub

Bayram konsertində Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, rayonun hüquq mühafizə orqanlarının, YAP  rayon təşkilatının, idarə və müəssisələrin rəhbərləri və kollektivləri, Şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev bayram tədbirində çıxış edərək tədbir iştirakçılarını, o cümlədən rayon ictimaiyyətini 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib. O, Xalqımızın Ümumilli Lideri Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi təsis edilməsindən, tarixi günün əhəmiyyətindən, milli həmrəyliyin formalaşmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs edib.

Həmçinin qeyd olunub ki, bu tarixi qərar uzun illər həsrətində olduğumuz milli birliyin möhkəmlənməsinə, azərbaycançılıq ideyasının formalaşmasına mühüm töhfə verib, dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz arasında ideoloji birliyin əsasını qoyub.

Tariximizə qızıl hərflərlə yazılan Vətən  müharibəsində  qazandığımız  Zəfər həmrəyliyimizin, xalq-iqtidar birliyinin bir yumruq ətrafında birləşməyimizin bariz nümunəsidir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycan dövlətinin güclü Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Zəfər tarixini yazıb. 44 günlük Vətən müharibəsində rəşadətli Silahlı Qüvvələrimizin qazandığı qələbə müasir hərb tarixinə nümunə kimi daxil olub. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə Qarabağda həyata keçirilmiş lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu tam şəkildə bərpa edilib. Bu gün üçrəngli Azərbaycan bayrağı ölkəmizin bütün ərazisində, o cümlədən Ağdərə, Xocavənd, Xocalı və Xankəndidə qürurla dalğalanır.

Elvin Paşayev cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə bütün sahələrdə davamlı inkişafın təmin edildiyini qeyd edərək, ötən ilin Qax rayonu üçün də uğurlu olduğunu bildirib və qarşıdan gələn 2026-cı ildə rayon ictimaiyyətinə firavan həyat arzulayıb.

Respublikanın tanınmış incəsənət nümayəndələri Niyaməddin Musayev, Ofelya Şabanova, Rübail Əzimov, Rövşən Məmmədov, Elçin Qaradağlı və yerli incəsənət ustalarının iştirak etdiyi konsert proqramında bir-birindən maraqlı ifalar, Yeni ilin personajları olan Şaxta baba və Qar qızın uşaqlarla birgə rəqs etməsi tədbir iştirakçıları tərəfindən böyük coşqu və sevgi ilə qarşılanıb.

Sonda möhtəşəm atəşfəşanlıq nümayiş etdirilib.

 

 

Keçidlər