Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

31 Mart- Azərbaycanlıların Soyqırımı Günü münasibətilə anım tədbiri keçirilmişdir

31 mart 2023 | 14:41

        1918-ci ilin martında erməni millətçiləri tərəfindən azərbaycanlıların kütləvi şəkildə öldürülməsi, soyqırımına məruz qalması XX yüzillikdə dünya tarixinin ən qanlı səhifələrindən biridir.

       Soyqırımı qurbanlarının xatirəsi rayonumuzda da ehtiramla anılıb. 
     31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, Yeni Azərbaycan Partiyası fəalları, ictimaiyyətin nümayəndələri Şəhidlər xiyabanına gələrək, Vətənimizin azadlığı uğrunda canından keçmiş igid həmvətənlərin məzarları üzərinə gül-çiçək düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Keçidlər