31 Mart- Azərbaycanlıların Soyqırımı Günü
1918-ci ilin martında erməni millətçiləri tərəfindən azərbaycanlıların kütləvi şəkildə öldürülməsi, soyqırımına məruz qalması XX yüzillikdə dünya tarixinin ən qanlı səhifələrindən biridir.
Soyqırımı qurbanlarının xatirəsi rayonumuzda da ehtiramla anılıb.
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, Yeni Azərbaycan Partiyası fəalları, ictimaiyyətin nümayəndələri Şəhidlər xiyabanına gələrək, Vətənimizin azadlığı uğrunda canından keçmiş igid həmvətənlərin məzarları üzərinə gül-çiçək düzüb, şəhidlərin xatirəsini soyqırım qurbanlarını ehtiramla yad ediblər.