Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illik yubileyi münasibətilə YAP Qax rayon təşkilatı tərəfindən voleybol turniri keçirilmişdir

14 noyabr 2012 | 16:00

8-13 noyabr 2012-ci il tarixində YAP Qax rayon təşkilatı tərəfindən Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyinə həsr olunmuş voleybol üzrə rayon birinciliyi keçirilmişdir. Yarışlarda rayon ərazisində yerləşən bütün kəndlərin, idarə və müəssisələrin və şəhərin müxtəlif ərazilərindən həvəskar komandalar iştirak etmişlər. Əhali tərəfindən maraqla izlənilən yarışda “Ləkit” və “Şəhər” komandaları finala vəsiqə qazanmışlar. Daha güclü olan “Şəhər” komandası turnirin kubokuna sahib çıxmışdır. Təltifetmə mərasimində YAP Qax rayon təşkilatı Aparatının rəhbəri Natiq Allahverdiyev, Gənclər Birliyinin sədri Elbrus Tağıyev, İdarə Heyətinin üzvü Əlövsət Bayramov, Şura üzvü Eyvaz Orucov çıxış edərək qalib gəlmiş komandaları təbrik etmiş və Yeni Azərbaycan Partiyasının 20 il ərzində keçdiyi şərəfli yol haqqında tədbir iştirakçılarına qısaca məlumat vermişlər.
Sonda yarışlarda I, II, III-cü yerləri tutan komandalar YAP Qax rayon təşkilatının müvafiq diplom, kubok və qiymətli hədiyyələri ilə mükafatlandırılmışdır.
 

Keçidlər