Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Xocalı qətliamı insanlığa qarşı yönəlmiş amansız cinayətdir

24 fevral 2017 | 16:00

Rayonda xalqımızın tarixinə qanla yazılmış Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar  tədbirlər planı hazırlanmış, müəssisə və təşkilatlarda, ümumtəhsil məktəblərində, mədəniyyət ocaqlarında anım mərasimləri, xatirə gecələri, konfranslar keçirilmiş, sərgi və guşələr təşkil edilmişdir.
Fevralın 24-da soyqırım gününə həsr olunmuş rayon tədbiri keçirilmişdir. Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri əvvəlcə Şəhidlər xiyabanına gələrək, “Ana abidəsini” ziyarət etmiş, şəhid məzarları üzərinə gül-çiçək dəstələri qoymuş,  onların  ölməz xatirəsini ehtiramla yad etmişlər. 
Tədbir iştirakçıları rayon Təhsil Şöbəsinin inzibati binasında məktəblilərin hazırladığı sərgiyə baxış keçirdikdən sonra “Xocalı qətliamı insanlığa qarşı yönəlmiş amansız cinayətdir” mövzusunda keçirilən elmi praktiki konfransı giriş sözü ilə açan  Rayon İcra Hakimiyyətinin başçısı  Musa Şəkiliyev Xocalı soyqrımının bəşəriyyətə yönələn cinayət olduğunu qeyd edərək faciə haqqında məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycan xalqı son 200 ildə erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı ilhaq etmək istəyir, bu yolda hər cür cinayət və vəhşiliyə hazır olduğunu nümayiş etdirir.
Tədbirdə çıxış edənlər faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin xidmətlərini minnətdarlıq hissi ilə xatırlamış,  Heydər Əliyev Fondunun bu istiqamətdəki fəaliyyətindən danışmış, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin düşünülmüş siyasəti və qətiyyətli addımları nəticəsində işğal altında olan torpaqlarımızın geri qaytarılacağına, cinayətkarların layiqli cəzalarını alacaqlarına əminlik ifadə olunmuşdur. 
Sonda rayon Mədəniyyət Evinin işçiləri tərəfindən hazırlanmış ədəbi bədii kompozisiyaya tamaşa edilmişdir.

Keçidlər