Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

YAP Qax rayon təşkilatı Gənclər Birliyi Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirmişdir

16 noyabr 2012 | 16:00

Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illik yubileyi münasibətilə silsilə tədbirlərin həyata keçirilməsi YAP Qax rayon təşkilatı tərəfindən davam etdirilmişdir. Bu münasibətlə 15 noyabr 2012-ci il tarixdə YAP Qax rayon təşkilatı Gənclər Birliyi ağacəkmə aksiyası keçirmişdir. Aksiyada gənclərdən ibarət fəal YAP üzvləri iştirak etmişlər. Aksiya zamanı şəhərin yeni salınmış yaşayış massivinə yüzlərlə ağac tingi basdırılmışdır. Ətrafda yaşayan sakinlər bu xeyirxah işə görə Yeni Azərbaycan Partiyasına öz minnətdarlıqlarını bildirmiş və partiyanın yubileyini təbrik etmişlər.

Keçidlər