Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

“Kürmük Oba” Bayramı

26 noyabr 2012 | 16:00

“Kürmük” məbədi növbəti dəfə qapılarını ölkədəki azsaylı və qonşu xalqların üzünə açıb. Yerli sakinlər və qonaqlar “Kürmük oba” bayramı günü ibadətgaha gələrək niyyət edib. Məbədə gələnlərin sayı minlərlə olduğuna görə xüsusi təhlükəsizlik tədbirləri də görülüb. İldə iki dəfə - may və noyabr aylarında qeyd olunan “Kürmük oba” bayramı günü Qax rayonunda əsl tolerantlıq nümayiş olunur.
Rayon rəhbərliyi tərəfindən düzənlənmiş “Kürmük oba” bayramı xüsusi təmtəraqla keçirildi. Yerli sakinlərlə yanaşı, digər rayonlardan və qonşu Gürcüstandan gələn qonaqlar məbədi ziyarət edib, qurbanlar kəsdilər.
Məbədin qarşısında qədim olduğu kimi bu gün də el şənliyi, güləş, gücsınama yarışları, rəqs kollektivlərinin ifasında gözəl kompozisiyalar, aşıq və zurnaçıların ifasında el havaları təqdim olundu. Mərasim günün sonuna kimi davam etdi. Gələnlər məbədi ziyarət etdikdən sonra Kürmük vadisi boyu ailəlikcə yeyib-içib istirahət etdilər.
 

Keçidlər