Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

ZƏLZƏLƏ BÖLGƏSİNDƏ YENİ FƏRDİ YAŞAYIŞ EVLƏRİ İSTİFADƏYƏ VERİLMİŞDİR

05 dekabr 2012 | 16:00

Dekabrın 4-də rayonunun Güllük, Zərnə kəndlərində tikintisi başa çatmış yeni fərdi yaşayış evləri sakinlərin istifadəsinə verilmişdir.
Güllük kəndində keçirilən mərasimdə Rayon Icra hakimiyyətinin başçısı və Fövqəladə Hallar Nazirliyinin (FHN) nümayəndəsi çıxış edərək zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat vermişlər. Bildirilmişdir ki, cari ilin mayında baş vermiş təbii fəlakət zamanı Qax rayonunda Güllük kəndi daha çox dağıntılara məruz qalmışdır. Prezident İlham Əliyev zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlərlə tanış olmaq məqsədi ilə mayın 9-da fəlakət bölgəsinə səfəri zamanı bu kənddə də olmuş, sakinlərlə görüşmüş, dağılmış evlərin yerində yüksək ballı zəlzələlərə davamlı yeni evlərin tikintisi ilə bağlı aidiyyati dövlət qurumlarının rəhbərlərinə müvafiq tapşırıqlarvermişdir.
Qeyd olunmuşdur ki, FHN-in müvafiq komissiyalarının rəyinə əsasən Qax rayonunun zəlzələdən zərər çəkmiş ərazilərində 324 fərdi yaşayış evinin tikintisinə başlanılmışdır. Artıq bu evlərdən 220-si vətəndaşların istifadəsinə verilmişdir. Zəlzələnin episentrində yerləşən Güllük kəndində isə tikintisinə başlanılan 206 fərdi evdən 165-i artıq əhalinin istifadəsindədir.
Mərasimdə çıxış edən kənd sakinləri təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirmiş, zərər çəkmiş əhaliyə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.
Sonra kənd sakinlərinə yeni evlərin açarları təqdim olunmuşdur.
Daha sonra rayon rəhbərliyi və FHN-in nümayəndələri rayonun Zərnə kəndində zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərlə tanış olmuşlar. Məlumat verilmişdir ki, bu kənddə tikintisi aparılan 73 evdən 35-i artıq vətəndaşların istifadəsinə verilmişdir.

 

Keçidlər