Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

GÖRKƏMLİ BƏSTƏKAR FİKRƏT ƏMİROVUN 90 İLLİK YUBİLEYİ QEYD OLUNMUŞDUR

08 dekabr 2012 | 16:00

Görkəmli Azərbaycan bəstəkarı, tanınmış ictimai xadim, SSRİ Xalq Artisti, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı Fikrət Əmirovun anadan olmasının 90 illiyi ilə əlaqədar Qax Rayon Uşaq İncəsənət Məktəbində tədbir keçirilmişdir.
Ziyalıların, musiqisevərlərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Fikrət Əmirov haqqında sənədli film nümayiş etdirilmiş, bəstəkarın həyat və yaradıcılığından geniş söhbət açılmışdır. Bildirilmişdir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən milli musiqi mədəniyyətimizin inkişafına və təbliği işinə mühüm töhfələr vermiş Fikrət Əmirovun 90 illik yubileyi respublikamızın hər yerində böyük təntənə ilə qeyd olunur.
Tədbirdə incəsənət məktəbi şagirdlərinin ifasında Fikrət Əmirovun əsərlərindən parçalar səsləndirilmiş, “Mən səni araram”, “Səhər” kinofilmindən Aslanın mahnısı, “Reyhan” və digər mahnıları ifa olunmuşdur.
 

Keçidlər