Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Xalqımızın böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Qaxda dərin hörmət və ehtiramla anılmışdır

13 dekabr 2012 | 16:00

Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və rayon sakinləri dahi şəxsiyyətin şəhərin Mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül dəstələri qoymuş, xalqımızın əbədiyaşar Lideri Heydər Əliyevə sonsuz sevgi və ehtiramlarını bildirərək müqəddəs ruhu qarşısında baş əymiş, Ulu Tanrıdan ona rəhmət diləmişlər.
Sonra mərasim iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin həyatını və siyasi fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuşlar.
Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə çıxış edənlər Ümummilli Liderimizin zəngin həyat yolundan, müstəqil Azərbaycan dövlətinin qurulması, möhkəmləndirilməsi, dünyada nüfuzunun artırılması istiqamətində gördüyü böyük işlərdən danışmışlar. Bildirilmişdir ki, müasir tariximizi Ümummilli Lider Heydər Əliyevdən ayrı təsəvvür etmək mümkün deyildir. Mənsub olduğu xalqa xidmət etmək, Azərbaycanı dünyada layiqincə tanıtmaq dahi şəxsiyyətin əsas amalı olmuşdur. Çıxışlarda vurğulanmışdır ki, azərbaycanlı olmağı ilə həmişə fəxr edən ulu öndərin keçdiyi şərəfli ömür yolu gələcək nəsillər üçün əsl örnəkdir.
Sonda Ümummilli Liderə həsr olunmuş film nümayiş etdirilmişdir.
 

Keçidlər