Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qaxda yeni məktəb binası və uşaq bağçası istifadəyə verilmişdir

25 dekabr 2012 | 16:00

Qax rayonunun Əmbərçay kəndində ümumi orta məktəb üçün dövlət vəsaiti hesabına inşa edilmiş 80 yerlik yeni bina müəllim və şagirdlərin istifadəsinə verilmişdir.
Bu münasibətlə keçirilən mərasimdə çıxış edənlər məktəb kollektivini əlamətdar gün münasibətilə təbrik etmiş, ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından danışmışlar. Bildirilmişdir ki, son illər Qax rayonunda da təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. İndiyədək 15 yeni məktəb binası istifadəyə verilmişdir. Bu məktəb cari ildə rayonda yeni istifadəyə verilən sayca üçüncü təhsil obyektidir. Diqqətə çatdırılmışdır ki, may ayında baş vermiş zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş məktəblər üçün də yeni binaların tikintisi davam etdirilir. Fövqəladə Hallar Nazirliyi tərəfindən rayonda inşa olunan 10 məktəb binasından ikisi artıq istifadəyə verilmişdir. Yaxın günlərdə daha bir neçə məktəb binası istifadəyə veriləcəkdir.
Sonra yeni məktəb binasına baxış olmuşdur. Müasir tələblərə uyğun inşa edilən bina yeni avadanlıqla da təchiz edilmiş, istilik sistemi quraşdırılmışdır.
Elə həmin gün Qax şəhərinin yeni yaşayış massivində dövlət vəsaiti hesabına inşa edilmiş 75 yerlik uşaq bağçası-körpələr evinin də açılış mərasimi olmuşdur. “Əfqan” şirkətinin inşa etdiyi ikimərtəbəli binada qruplar üçün məşğələ və yataq otaqları, musiqi və oyun zalları, mətbəx, həkim və digər otaqlar yerləşir. Bağça yeni yataq və mebel dəsti ilə təchiz edilmişdir.
 

Keçidlər