Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qaxda bilik yarışlarında fərqlənən şagirdlər mükafatlandırılmışlar

14 yanvar 2013 | 16:00

13 Yanvar 2013-cü il tarixdə 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Çağ Öyrətim İşlətmələri Şirkətinin 20 illik yubileyi münasibətilə təşkil edilmiş bilik yarışı qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.
Qax “Araz” kursu və rayon təhsil şöbəsinin birgə təşkil etdikləri tədbirdə ölkəmizdə elm və təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından danışılmış, rayon məzunlarının qazandıqları uğurlardan bəhs edilmişdir. Bildirilmişdir ki, artıq 20 ildir ki, “Araz” kursları ali məktəblərə hazırlaşan abituriyentlərin orta məktəblərdə əldə etdikləri bilik və bacarıqlarının xüsusi hazırlıqla daha da möhkəmləndirilməsində böyük rol oynayır. Bu kursların hazırda respublikamızın 10 şəhər və rayonunda 13 şöbəsi fəaliyyət göstərir. Fəaliyyətə başladığı 9 ildə Qax “Araz” kursunun məzunlarından 100 nəfərə yaxını ali məktəblərə qəbul imtahanlarında 600 baldan yüksək nəticə göstərmiş, 12 nəfər Prezident təqaüdünə layiq görülmüşdür.
Sonra bilik yarışları və sınaq imtahanlarında fərqlənən 46 şagirdə mükafatlar təqdim olunmuşdur.
 

Keçidlər