Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Yeni məktəb binasının açılışı

02 fevral 2013 | 16:00

Qax rayonunun Zərnə kəndində ötən ilin mayında baş vermiş zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş tam orta məktəb üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən inşa edilən 240 şagird yerlik yeni məktəb binası fevralın 1-də şagirdlərin istifadəsinə verilmişdir.
Bu münasibətlə keçirilən mərasimdə fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev və rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində həyata keçirilən kompleks tədbirlər barədə danışmışlar.
Mərasimdə kənd ziyalıları çıxış edərək təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən tədbirləri çox yüksək qiymətləndirmiş, zərər çəkmiş əhaliyə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Məktəbin açılışını bildirən rəmzi lent kəsildikdən sonra mərasim iştirakçıları burada yaradılan şəraitlə tanış olmuşlar. Müasir standartlara uyğun inşa edilən iki mərtəbəli məktəb binasında 11 sinif otağı, fənn kabinetləri, 2 laboratoriya, kitabxana, kompyuter otağı, akt və idman zalları yerləşir. Birinci mərtəbənin foyesində ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş foto-guşə yaradılmışdır. Məktəb binası yeni məktəb mebeli və avadanlıqla da təchiz edilmişdir. Məktəbin həyətində əl oyunları meydançası tikilmişdir.

 

Keçidlər