Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

2012 - Cİ İL QAXLILAR ÜÇÜN UĞURLU GÖSTƏRİCİLƏRLƏ YADDA QALMIŞDIR

09 fevral 2013 | 16:00

Fevral ayının 8-də Qax rayon İcra Hakimiyyətinin Akt zalında 2012-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. 
Yığıncaq iştirakçıları əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmiş, rayon İcra Hakimiyyətinin foyesində rayonda istehsal olunmuş məhsulların sərgisinə baxmışlar.
Yığıncağın əvvəlində rayonun 2012-ci ildə sosial-iqtisadi inkişafından bəhs edən film nümayiş etdirilmişdir.
Hesabat məruzəsində bildirilmişdir ki, ötən il Qax rayonunda ümumi daxili məhsul istehsalı əvvəlki illə müqayisədə 55 milyon manat artaraq 142 milyon 981 min manat olmuşdur. Hesabat ilində 5 milyon 556 min manatlıq, yəni əvvəlki ildəkindən 754 min manat çox sənaye məhsulu istehsal edilmişdir. Aqrar sahədə məhsul istehsalı 4 milyon 46 min manat artaraq 40 milyon 984 min manat təşkil etmişdir. İl ərzində 72 milyon 469 min manatlıq tikinti işləri həyata keçirilmişdir. Bu, əvvəlki illə müqayisədə 49 milyon 804 min manat çoxdur. Əsas kapitala yönəldilən investisiyaların həcmi isə 46 milyon 443 min manat artaraq 75 milyon 322 min manat olmuşdur. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin uğurlu icrası nəticəsində ötən il rayonda 449-u daimi olmaqla, 519 yeni iş yeri açılmışdır.
2012-ci ildə əhalinin pul gəlirləri 20,9 milyon manat artaraq 86,3 milyon manata çatmışdır. Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Prezidentin ehtiyat fondundan ayrılmış 2 milyon manat vəsait hesabına şəhərin mərkəzi küçələrində qədim hissələrin bərpası işləri aparılmışdır. Dövlət vəsaiti hesabına Zəyəm kəndində 360 şagird yerlik yeni məktəb binası, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi üçün yeni inzibati bina, vergi ödəyicilərinə xidmət mərkəzi tikilib istifadəyə verilmiş, Əmbərçay kəndində 80 şagird yerlik yeni məktəb binasının və Qax şəhərində 75 yerlik uşaq bağçasının tikintisi başa çatdırılmışdır. İl ərzində İdman Kompleksinin, Heydər Əliyev Mərkəzinin, “Səngər qala” istirahət mərkəzinin, “El-Resort” otel kompleksinin yeni mehmanxanasının, Ağçay kəndi ərazisində yeni otelin tikintisi davam etdirilmişdir. Baytarlıq idarəsinin yeni inzibati binasında, Əlibəyli və Güllük kəndlərində yeni səhiyyə obyektlərinin tikintisində hazırda tamamlanma işləriaparılır.
          Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına rayon sahibkarlarına 23 layihə üzrə 338 min manat güzəştli kredit verilmişdir.
Qeyd olunmuşdur ki, ötən il rayonda rekord miqdarda - 32 min 784 ton taxıl, həmçinin 10 min 228 ton qarğıdalı, 2 min 566 ton tərəvəz, 1 min 388 ton bostan məhsulları, 12 min 356 ton meyvə, o cümlədən 3 min tondan çox fındıq, 555 ton quru tütün istehsal olunmuşdur. Bütün növ bitkiçilik məhsulları istehsalı əvvəlki ilə nisbətən xeyli artmışdır. Heyvandarlıq məhsulları istehsalında da dinamik artım qeydə alınmış, əvvəlki illə müqayisədə ət istehsalı 139 ton, süd istehsalı 3 min 651 ton, yumurta istehsalı 110 min ədəd, yun istehsalı 5,6 ton artmışdır. Hesabat ilində özəl süd məhsulları emalı müəssisəsinin tikintisi başa çatdırılmış və zavodda sınaq məhsulun istehsalına başlanmışdır.
Məruzədə, həmçinin 2012-ci ildə əhalinin təbii qaz, elektrik enerjisi, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində görülmüş işlərdən bəhs edilmişdir. Bildirilmişdir ki, ötən il Əlibəyli və Dəymədağlı kəndləri tam qazlaşdırılmış, Ağçay kəndində 100 mənzilə təbii qaz verilmişdir. Almalı kəndinin qazlaşdırılması işləri artıq başa çatmaq üzrədir. Daha bir neçə kəndə daşıyıcı qaz xətlərinin çəkilişi davam etdirilir.
Yığıncaqda 2012-ci ilin mayında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilən kompleks tədbirlər barədə də məlumat verilmiş, tikintisinə başlanılan 325 fərdi evdən 267-nin, 10 məktəb binasından 8-nin artıq istifadəyə verildiyi, digərlərinin tikintisinin sürətlə davam etdirildiyi diqqətə çatdırılmışdır.
          Hesabat yığıncağında Milli Məclisin deputatı Azər Kərimli və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əflatun Rufiyev çıxış edərək 2012-ci ildə respublikamızda ictimai-siyasi və sosial-iqtisadi sahələrdə qazanılan uğurlardan danışmışlar.
          Yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Keçidlər